"iPhone Air" ən ucuz telefon seçildi
İKT
05.12.2025 18:30
"iPhone Air" son illərdə Apple cihazları arasında ən sürətli dəyər itirən model olub. Cihaz satışdan sonrakı ilk 10 həftədə qiymətinin orta hesabla 44,3%-ni itirərək yeni anti-rekord göstərib.
TodayPress TV xəbər verir ki, bu barədə "SellCell" məlumat yayıb.
"iPhone 17" seriyasının digər modelləri isə daha sabit nəticələr nümayiş etdirib və eyni dövrdə orta hesabla 34,6% ucuzlaşıb. Bu, "iPhone 16" və "iPhone 14" modelləri ilə müqayisədə daha yaxşı göstəricidir.
"iPhone Air"in qiymətinin düşmə faizi konfiqurasiyadan asılı olaraq 40,3%-dən 47,7%-ə qədər dəyişir. Xüsusilə 1 TB-lıq versiya ən çox dəyər itirən model olub. Seriyadakı digər modellərlə qiymət fərqi 10%-ə çatır. Məsələn, 256 GB yaddaşlı "iPhone 17 Pro Max" ilk 10 həftədə cəmi 26,1% ucuzlaşaraq ən dayanıqlı model sayılır.
Hesabatda bildirilir ki, "iPhone 17" seriyasının digər modellərində qiymət düşüşü zamanla yavaşlayır, lakin "iPhone Air"də azalma davam edir. Analitiklər bunu təmir və ehtiyat hissələrinin əlçatanlığı ilə bağlı qeyri-müəyyənliklə izah edirlər.
Türkan İsgəndərli
tag: iPhone,Telefon,Kamera,Flaş,Todaypress.tv,
