“iPhone 4” yenidən populyarlaşdı

İKT

12.01.2026 19:30

“iPhone 4” smartfonu sosial şəbəkələrdə yenidən məşhurlaşıb və ikinci əl bazarında tələbi xeyli artırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “TechRadar” məlumat yayıb.

Son bir ildə “Google”da “iPhone 4 almaq” axtarışları 979% artıb.

Ekspertlər bildirirlər ki, bu populyarlıq əsasən köhnə cihazların rəqəmsal kamera kimi istifadəsinin dəbə minməsi ilə bağlıdır. “iPhone 4”ün 5 meqapiksellik kamerası müasir modellərlə müqayisədə texniki baxımdan geri qalmasına baxmayaraq, şəkillərdə yaratdığı dənəvərlik və unikal atmosfer səbəbindən dəyərlidir.

Bununla yanaşı, “iPhone 4”ün təhlükəsizlik baxımından ciddi riskləri var. Cihazın son yeniləməsi 2014-cü ildə buraxılan “iOS 7.1.2” olub. Mütəxəssislər əsas smartfon kimi istifadə etməməyə, “Apple ID” ilə daxil olmamağa, bank və ya şəxsi məlumatları saxlayan tətbiqlər quraşdırmamağa və cihazdan yalnız yaradıcı məqsədlər üçün istifadə etməyə çağırırlar.

Türkan İsgəndərli

TodayPress TV

tag: iPhone4,Telefon,Smartfon,Bazar,Todaypress.tv,