"iPhone 17"də ekran ölçüsü artırılacaq
"Apple" gələcək "iPhone 17" modelində ekran ölçüsünü artırmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Counterpoint Research" şirkəti məlumat yayıb.
Bildirilir ki, "iPhone 17"də OLED ekranın diaqonalı 6,1-dən 6,3 düymə qədər artırılacaq. Beləliklə, əsas "iPhone" modelinin ölçüsü "iPhone 17 Pro" ilə demək olar ki, eyni olacaq.
Hazırda "iPhone 16" və "16 Plus" müvafiq olaraq 6,1 və 6,7 düymlük ekranlara malikdir. "Pro" modellərdə isə bu göstəricilər 6,3 və 6,9 düymdür.
Türkan İsgəndərli