iPhone 17 Pro Max ikinci əl bazarında ən çox satılan modeldir
İKT
19.02.2026 19:00
Flaqman iPhone 17 Pro Max ikinci əl bazarında ən çox satılan cihaz olub.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "MacRumors"un "SellCell" analitikləri məlumat verib.
SellCell-in daxili statistikasına əsasən, iPhone 17 Pro Max-ın ən populyar 20 cihaz arasında payı noyabrın sonundakı 5,1%-dən fevralın əvvəlində 11,5%-ə yüksəlib. Beləliklə, model satışa çıxarıldıqdan üç aydan az müddət ərzində göstəricisini iki dəfədən çox artırıb.
Qaytarılan cihazların 86%-nin “əla” və ya “yaxşı” vəziyyətdə olması göstərir ki, smartfonlar alındıqdan qısa müddət sonra yenidən satışa çıxarılır. Müqayisə üçün, iPhone 15 Pro Max və iPhone 14 Pro Max modellərinin payı təxminən 7,3%, iPhone 16 Pro Max və iPhone 13 modellərinin payı isə 7,2% təşkil edir.
Yeni təqdim olunmasına baxmayaraq, iPhone 17 Pro Max qiymət azalmasına qarşı da nisbətən dayanıqlı olub. Son 145 gün ərzində ABŞ-də “yeni” vəziyyətdə olan cihazın orta qiyməti 25,4% ucuzlaşıb. Müqayisə üçün, iPhone 16 Pro Max eyni dövrdə təxminən 32,5% dəyər itirib.
SellCell-in məlumatına görə, yüksək təkrar satış göstəricisi modelin cəlbedici qalıq dəyəri ilə bağlıdır.
Hazırda iPhone 17 Pro Max-ın orta təkrar satış qiyməti təxminən 967,5 ABŞ dollarıdır.
Jalə Rövşən
tag: iPhone 17 Pro Max,İkinci əl ,Bazar,Cihaz ,Todaypress.tv,
