“iPhone 11” 2026-cı ildə də istifadəyə yararlıdır
İKT
16.02.2026 18:30
2019-cu ilin payızında təqdim olunan “iPhone 11” modeli 2026-cı ildə də istifadəyə yararlı hesab olunur.
TodayPress TV xəbər verir ki, bu qənaətə “PhoneArena” nəşrinin müəllifi Aleksandr Anastasov cihazı bir həftə test etdikdən sonra gəlib.
Onun sözlərinə görə, model münasib qiymətə malik olsa da, performans baxımından bir çox müasir smartfonlarla rəqabət apara bilir. Jurnalist yumşaq alüminium korpusu və yumru küncləri ilə dizaynı “dostcanlı” adlandırıb.
“iPhone 11” “A13 Bionic” prosessoru və 4 GB operativ yaddaşla təchiz edilib. Mütəxəssis cihazın məhsuldarlığını normal səviyyədə qiymətləndirib. O qeyd edib ki, batareya köhnəldikdə smartfon enerjiyə qənaət etmək üçün sürəti azaldır, lakin akkumulyator dəyişdirildikdən sonra performans bərpa olunur.
Anastasov xüsusilə cihazın kameralarını vurğulayıb. Onun sözlərinə görə, yaxşı işıqlandırma şəraitində “iPhone 11” müasir modellər səviyyəsində çəkiliş edir. Zəif tərəf kimi isə aşağı işıqda çəkiliş göstərilib – gecə rejimi işləsə də, daha yavaş və daha yumşaq görüntü emalı ilə nəticələnir.
Qiymət Mahir
tag: iPhone 11,Aleksandr Anastasov,A13 Bionic,İKT,TodayPress TV,
