“Instagram” yeni funksiyanı sınaqdan keçirir

“Instagram” yeni funksiyanı sınaqdan keçirir
03.09.2025 18:45 İKT

“Instagram” sosial şəbəkəsinin sahibi “Meta” yeni “Picture-in-Picture” funksiyasını sınaqdan keçirməyə başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "9to5Mac" məlumat yayıb.

Bildirilib ki, bu funksiya seçilmiş istifadəçilərə tətbiqi bağladıqdan sonra belə, cihazlarında görünən pəncərədə "Reels" videolarına baxmağa davam etməyə imkan verəcək.

Qeyd edək ki, "Instagram" artıq bəzi istifadəçilərə yeni funksiyanı sınaqdan keçirmək imkanı təklif edir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər