“Honor Win” seriyası ilə bağlı yeni detallar sızdırıldı
İKT
13.12.2025 19:15
Yeni nəsil “Honor Win” smartfonları barədə təfərrüatlar internetdə yayılıb və bu modellərin oyun yönümlü GT seriyasını əvəz edəcəyi bildirilir.
TodayPress TV xəbər verir ki, “GizmoChina” portalı nüfuzlu insayder “Digital Chat Stationa” istinadən yazır ki, “Honor Win” xətti ən azı iki modeldən ibarət olacaq.
Sızan məlumatlara görə, əsas versiya ötən ilin flaqman prosessoru “Snapdragon 8 Elite”, daha təkmil konfiqurasiya isə yeni “Snapdragon 8 Elite” “Gen 5” çipi ilə təchiz ediləcək. Modellərdən birinin əsas fərqləndirici cəhəti isə 100 Vt-a qədər sürətli enerji yığılmasını dəstəkləyən 10 000 mA·saat tutumlu silisium–karbon batareya olacaq.
Eyni zamanda Çinin JD ticarət platformasında yayımlanan renderlər smartfonun dizaynını da üzə çıxarıb. Görüntülərdə iri kamera bloku və vizual olaraq aktiv soyutma sistemi – kuleri xatırladan element diqqət çəkir. Məlumata əsasən, cihaz qara, mavi və firuzəyi rənglərdə təqdim olunacaq. Texniki xüsusiyyətlər sırasında 6,8 düymlük, 1,5K təsvir ölçülü və yüksək yenilənmə tezliyinə malik OLED ekran da yer alır.
Bununla yanaşı, “Honor” şirkəti artıq sosial şəbəkələrdə yeni seriya ilə bağlı teaser paylaşımlarına başlayıb. Lakin “Honor Win” smartfonlarının rəsmi təqdimat tarixi və yekun texniki göstəriciləri hələ açıqlanmayıb.
Qiymət Mahir
tag: Honor,Telefon,Məlumat,Sızma,Todaypress.tv,
