Hindistan süni intellekt üzrə ilk qaydaları təsdiqlədi

İKT

16.02.2026 18:45

Hindistan hökuməti süni intellektin idarə olunması sahəsində ilk qaydalar toplusunu təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə Hindistan Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, süni intellektin idarə olunmasına yanaşmanın əsas məqsədi innovasiyaların təşviqi, onların tətbiqi və texnoloji tərəqqinin sürətləndirilməsi ilə yanaşı, süni intellektin dəyər zəncirinin bütün mərhələlərində fərdlər və cəmiyyət üçün risklərin azaldılmasını təmin etməkdir.

Açıqlamada qeyd olunur ki, yeni rəhbər sənəd süni intellektin kənd təsərrüfatı, səhiyyə, dövlət idarəçiliyi, təhsil və istehsalat kimi müxtəlif sahələrdə geniş tətbiqini hədəfləyir. Qaydalar çərçivəsində Texnologiya və siyasət üzrə Ekspert Komitəsinin, Süni İntellektin İdarəolunması Qrupunun və Süni İntellekt Təhlükəsizliyi İnstitutunun yaradılması tövsiyə olunur.

Qiymət Mahir

tag: Hindistan ,Sİ,Dünya,İKT,TodayPress TV,