"GTA VI"nın buraxılış vaxtı açıqlandı
İKT
10.04.2026 19:45
"Grand Theft Auto VI" oyununun onlayn rejimi əsas oyunun çıxışından təxminən bir ay sonra istifadəyə verilə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "TheGhostOfHope" məlumat yayıb.
Bildirilib ki, bu planlar hazırda naşirin daxili müzakirələri çərçivəsində nəzərdən keçirilir. Oyunun hekayə rejiminin isə 19 noyabr tarixində "PlayStation 5" və "Xbox Series X/S" üçün təqdim olunacağı gözlənilir.
Əgər bu məlumat təsdiqlənsə, bu yanaşma "Red Dead Redemption 2" oyununda tətbiq olunan modelə bənzəyəcək. Həmin oyunda onlayn rejim əsas buraxılışdan bir müddət sonra sınaq mərhələsində istifadəyə verilmişdi. Müqayisə üçün, "GTA V" oyununda onlayn rejim cəmi iki həftə sonra açılıb, lakin texniki problemlərlə üzləşib.
Digər iddialara görə, "GTA VI"nın onlayn rejimi eyni anda 32 oyunçunu dəstəkləyə bilər. Bu da seriyanın əvvəlki standartlarına uyğun hesab olunur.
Türkan İsgəndərli
tag: GTA,Oyun,Buraxılış,Tarix,Todaypress.tv,
