"Google Vids"də süni intellektlə video yaratmaq pulsuz oldu

İKT

05.04.2026 15:54

"Google" video yaratma platforması "Google Vids" üçün böyük yeniləmə təqdim edib və "Veo 3.1" adlı süni intellekt video generatorunu bütün istifadəçilər üçün pulsuz edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Gadgets 360" məlumat yayıb.

Artıq şəxsi "Google" hesabı olan hər kəs mətn sorğuları və ya şəkillər əsasında 8 saniyəyə qədər videolar yarada bilər. Pulsuz istifadəçilər üçün aylıq limit 10 video ilə məhdudlaşdırılıb.

Eyni zamanda, ödənişli "Google AI Pro" və "AI Ultra" abunəçiləri üçün əlavə imkanlar da təqdim olunub. Onlar "Lyria 3" və "Lyria 3 Pro" modelləri vasitəsilə videolar üçün 30 saniyədən 3 dəqiqəyə qədər musiqi yarada bilirlər. Həmçinin, "Veo 3.1" ilə süni intellekt avatarları hazırlamaq imkanı da verilir.

Yeniləmə çərçivəsində "Google" istifadə rahatlığını da artırıb. Yeni "Chrome" uzantısı ilə istifadəçilər istənilən saytdan materialları tez əlavə edə, həmçinin videolarını birbaşa "YouTube" platformasında paylaşa bilirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Google ,Video,Süni intellekt,Pulsuz,Todaypress.tv,