"Google Play" 2025-in ən yaxşı tətbiq və oyunlarını açıqladı

İKT

19.11.2025 19:00

2025-ci ilin "Google Play" mağazasında ilin ən yaxşı tətbiq və oyunları elan edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Google 9to5Google" məlumat yayıb.

Şirkət müxtəlif kateqoriyalarda qalibləri açıqlayıb:

  • Əyləncə üçün ən yaxşı: "Edits" (Instagram əlavəsi)
  • Şəxsi inkişaf üçün ən yaxşı: "Focus Friend"
  • Ən yaxşı gündəlik tətbiqi: "Wiser" - 15 dəqiqəlik audio kitablar
  • İlin ən yaxşı tapıntısı: "Pingo AI Language Learning"
  • Bütün ailə üçün ən yaxşı: "ABCmouse 2" – Uşaq öyrənmə oyunu
  • Ən yaxşı "smartwatch" tətbiqi: "SleepisolBio" – yuxu və siqnal izləmə
  • Böyük ekranlı cihazlar üçün ən yaxşı: "Goodnotes" – qeydlər və PDF-lər
  • Avtomobillər üçün ən yaxşı: "SoundCloud"
  • Qulaqlıqlar üçün ən yaxşı: "Quiet" – yuxu və meditasiya tətbiqi

İlin ən yaxşı oyunu "Pokemon TCG Pocket" olub. "Google" bu seçimi oyunun dizaynının və kolleksiya mexanikasının yüksək səviyyədə hazırlanması ilə əsaslandırıb.

Digər mobil oyunlar da müxtəlif kateqoriyalarda seçilib: "Dunk City Dynasty", "Candy Crush Solitaire", "Chants of Sennaar", "Disco Elysium", "Wuthering Waves", "DREDGE və Odin: Valhalla Rising".

Türkan İsgəndərli

TodayPress TV

tag: Google,Oyun,Proqram,Ən yaxşı,Todaypress.tv,