"Google" "Android" üçün təhlükəsizlik yeniləməsi yayımladı
İKT
07.04.2026 19:30
"Google" "Android" əməliyyat sistemi üçün aprel ayı təhlükəsizlik yeniləməsini istifadəyə verib.
TodayPress TV xəbər verir ki, yeniləmə klikləmə zamanı yarana bilən kritik zəifliyi aradan qaldırır.
Məlumata görə, əsas problem "Framework" komponentində aşkar olunan "CVE-2026-0049" qüsuru olub. Bu zəiflik cihazda yerli xidmətdən imtina (DoS) probleminə səbəb ola bilərdi. Qüsur "Android" 14, 15, 16 və "16 QPR2" versiyalarına təsir edirdi.
Yeniləmə həmçinin "StrongBox" təhlükəsizlik modulunda aşkar edilən yüksək riskli "CVE-2025-48651" zəifliyini də aradan qaldırır. Bu modul kriptoqrafik açarların aparat səviyyəsində qorunmasına cavabdehdir.
Düzəlişlər yalnız "Google" deyil, həm də "NXP Semiconductors", "STMicroelectronics" və "Thales Group" kimi şirkətlərin komponentlərini əhatə edir.
Şirkət yeniləməni iki mərhələdə təqdim edib: 2026-04-01 versiyası əsas kritik problemi aradan qaldırır, 2026-04-05 versiyası isə bütün düzəlişləri birləşdirir. İstifadəçilərə maksimum təhlükəsizlik üçün ən son – 2026-04-05 və ya daha yeni yeniləməni quraşdırmaq tövsiyə olunur.
Türkan İsgəndərli
tag: Google,Android,Yeniləmə,Təhlükəsizlik,Todaypress.tv,
