“Gemini” Azərbaycan dilində: Bu sahələrə üstülük gətirəcək

İKT

12.02.2026 16:48

"Google" şirkətinin qabaqcıl süni intellekt platforması "Gemini" rəsmi olaraq Azərbaycan dilində istifadəçilər üçün təqdim olunub. 

Maraqlıdır, bu hansı sahələrə üstünlüklər gətirəcək? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan informasiya texnologiyaları üzrə ekspert Əmrah Mövsümzadə bildirib ki, artıq istifadəçilər süni intellektdən yalnız ingilis və digər əsas dillərdə deyil, ana dillərində də faydalana biləcəklər. 


Bu, xüsusilə təhsil, kiçik biznes və yaradıcılıq sahələrində böyük üstünlüklər gətirəcək:

"Azərbaycan dilində interfeys və real vaxtlı söhbət funksiyası dil baryerini aradan qaldıraraq süni intellektin gündəlik istifadəsini asanlaşdırır. “Nano Banana” və “Veo” kimi alətlər ideyaları sürətlə vizuallara və videolara çevirə biləcək, bu da xüsusilə kontent yaradıcılarına yeni imkanlar açacaq".

Ekspert əlavə edib ki, təhsil sferasında “Deep Research” və “Guided Learning” kimi funksiyalar tələbələr və müəllimlər üçün mürəkkəb mövzuların araşdırılmasını sadələşdirə, öyrənməni daha interaktiv və effektli edə bilər: 

"Strateji genişlənmə çərçivəsində Azərbaycan dili 23 yeni dəstəklənən dildən biri kimi əlavə edilib. Bu baxımdan, "Gemini"nin lokal dil dəstəyi rəqəmsal bacarıqların inkişafını sürətləndirəcək və yerli rəqəmsal ekosistemin güclənməsinə töhfə verəcək.”

Qeyd edək ki, Azərbaycan dili interfeysi veb-versiyada artıq aktivdir və mobil cihazlarda (Android və iOS) tam dəstək mövcuddur. Bundan əlavə, real vaxt rejimində söhbətə imkan verən “Gemini Live” funksiyası da istifadəyə verilib. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Əmrah Mövsümzadə,Mütəxəssis,Gemini,Azərbaycan,Dil,İstifadə,Todaypress.tv,