"Galaxy S26 Ultra" tənqid edildi
İKT
10.03.2026 19:15
"Samsung Galaxy S26 Ultra" smartfonunda əvvəlcədən quraşdırılmış çoxsaylı tətbiqlər istifadəçilər arasında tənqidə səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə "Android Authority" məlumat yayıb.
1300 dollardan (təxminən 2210 manat) başlayan "Galaxy S26 Ultra"da "Facebook", "Instagram", "Microsoft 365 Copilot", "OneDrive", "LinkedIn", "Outlook", "Link to Windows", həmçinin "Spotify" və bir sıra "Samsung" xidmətləri artıq quraşdırılıb. Bu səbəbdən istifadəçidən ilkin quraşdırma zamanı icazə istənilmir.
Bu, cihazda təkrarlanan xidmətlər dəstinin yaranmasına səbəb olur: iki səs köməkçisi (Google Gemini və Samsung Bixby), iki brauzer (Samsung Internet və Google Chrome), iki tətbiq mağazası (Google Play Store və Samsung Galaxy Store), həmçinin e-poçt və bulud xidmətləri.
Mütəxəssisləri smartfonu zavod parametrlərinə qaytardıqda və bütün proqramları yenilədikdə tətbiqlərin 17 GB-dan çox yaddaş tutduğunu, sistem faylları ilə birlikdə ümumi yaddaşın 40 GB-ı keçdiyini aşkar ediblər. Bu, 512 GB-lıq versiyada istifadəçiyə artıq 8% yaddaşın hazırda istifadədə olduğunu göstərir.
Jurnalistlər hesab edir ki, bu təcrübə istehsalçı və xidmət tərtibatçıları arasındakı kommersiya müqavilələrinin nəticəsidir. Adətən büdcəli "Android" cihazlarında üçüncü tərəf tətbiqləri istehsal xərclərini kompensasiya etmək üçün əlavə olunur, lakin premium flaqmanda bu qədər geniş miqyasda olması suallar doğurur.
Türkan İsgəndərli
tag: Samsung,Yaddaş,Tətbiq,Galaxy S26,Todaypress.tv,
