ETX "Telegram" hücumları ilə bağlı açıqlama verdi

ETX "Telegram" hücumları ilə bağlı açıqlama verdi
05.09.2025 12:41 İKT

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinq zamanı "Telegram" üzərindən həyata keçirilən fişinq hücumu ilə bağlı mühüm nəticələr müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Bildirilir ki, təhlillər nəticəsində hücumda istifadə olunan infrastrukturun sxematik təsviri hazırlanıb, IP ünvanlar və yönləndirmə zəncirləri müəyyənləşdirilib.

Həmçinin, hesabların ələ keçirilməsi prosesinə dair ətraflı məlumat əldə olunub. Nəticələrlə daha ətraflı qurumun saytında tanış olmaq mümkündür.

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər