Ən yaxşı "Android" smartfon açıqlandı
İKT
05.03.2026 19:45
İstifadəçi məmnuniyyətinə əsaslanan "Android" smartfon reytinqini açıqlanıb
TodayPress TV xəbər verir ki, "AnTuTu Benchmark" platformasının tərtibatçıları istifadəçi rəylərinə əsaslanaraq fevral ayı üçün "Android" smartfonlarının reytinqini dərc ediblər.
Siyahıda birinci yeri "Nubia Z80 Ultra" tutub. Model istifadəçilərin 98,67%-nin müsbət rəyi ilə ən yüksək məmnuniyyət göstəricisini əldə edib. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq 98,47% və 98,42% reytinqlə "Huawei Mate 70 Pro+" və "Huawei Mate 70 Pro" qərarlaşıb.
Sonrakı pillələrdə "Oppo K13 Turbo 5G" (97,62%), "Xiaomi 15S Pro" (97,12%), "Oppo Find X8 Ultra" (95,42%) və "Oppo Find X8S" (94,24%) yer alıb.
Reytinqin səkkizinci–onuncu yerlərini isə "OnePlus Ace" 6 (94,19%), "Honor Magic 8" (94,05%) və "Realme Neo" 8 (93,97%) tutub.
Qeyd olunur ki, siyahıdakı bir çox flaqman qurğular əvvəlki il təqdim olunmuş modellərin daha müasir versiyalarıdır.
Bu reytinq texniki xüsusiyyətlərə deyil, yalnız istifadəçi rəylərinə əsaslanır. Cihazların yekun balı istifadəçilərin verdiyi müsbət qiymətləndirmələrin payına görə müəyyən edilir.
Türkan İsgəndərli
tag: Android,Smartfon,Telefon,Reytinq,Todaypress.tv,
