Dünyanın ən sürətli avtomobilləri hansılardır?
İKT
13.01.2026 19:30
Dünyanın ən sürətli sedan tipli avtomobillərinin reytinq cədvəli tərtib edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “TopSpeed” portalı məlumat yayıb.
Siyahıda birinci yeri 2026-cı il modeli “Tesla Model S Plaid” tutub. Avtomobil 0-dan 97 km/saat sürətinə cəmi 1,99 saniyəyə çatır.
İkinci pillədə həmin məsafəni 3,0 saniyəyə qət edən 2026-cı il modeli “Mercedes-AMG S63 E” qərarlaşıb. İlk üçlüyü isə 0-dan 97 km/saat sürətinə 3,2 saniyəyə çatan 2026-cı il modeli “Mercedes-AMG EQE” tamamlayıb.
Reytinqdə həmçinin aşağıdakı avtomobillər yer alıb:
- "Audi S e-Tron GT" – 3,3 saniyə
- "Mercedes-AMG C63 SE" – 3,3 saniyə
- "Cadillac CT5-V Blackwing" – 3,4 saniyə
- "BMW M5" – 3,4 saniyə
- "BMW M3 Competition xDrive" – 3,4 saniyə
- "Porsche Taycan 4S" – 3,5 saniyə
- "Audi RS3" – 3,6 saniyə
Reytinq avtomobillərin 0-dan 97 km/saat sürətinə çatma müddətinə əsasən tərtib olunub.
Türkan İsgəndərli
tag: Maşın,Sürət,Sedan,Avtomobil,Todaypress.tv,
