DSMF I rübdə 48 mindən çox elektron arayış verib

İKT

23.04.2026 10:47

Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 48 386 elektron arayış alınıb.

TodayPress TV bu barədə Fonda istinadən xəbər verir.

Bu arayışların 21 051-i pensiya, 14 759-u müavinət və təqaüd, 7 283-ü fərdi şəxsi hesab, 2 254-ü ünvanlı dövlət sosial yardımı, 460-ı ünvanlı dövlət sosial yardımı ödənişləri, 440-ı sağlamlıq imkanları məhdud olan uşaqlar, 2 139-u əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

TodayPress TV

tag: ƏƏSMN,DSMF,Elektron,Arayış,Todaypress.tv,