Dövlət qurumlarına verilən YENİ DOMENLƏRİN sayı artdı

İKT

07.04.2026 12:17

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 17 yeni domen verilib.

TodayPress TV Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki,  bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 89 % çoxdur.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 123 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 2,4 dəfə çoxdur.

Təkcə martda 6 yeni domen və 39 subdomen istifadəyə verilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 2 dəfə və 2,1 dəfə çoxdur.

2025-ci ildə dövlət qurumları 65 yeni domen və 285 yeni subdomen alıb.

TodayPress TV

tag: XRİTDX,Domen,Sayt,Artım,Todaypress.tv,