Dövlət qurumlarına verilən yeni domenlərin sayı 37 % azaldı
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 29 yeni domen verilib.
TodayPress TV xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 157 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 21 % azdır.
2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.