Deputat: "Kibercinayətkarlıqla mübarizə normaları və sanksiyalar sərtləşdirilməlidir"

İKT

24.02.2026 12:13

Azərbaycanda kibercinayətkarlıqla mübarizə normaları və sanksiyalar sərtləşdirilməlidir.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbəti iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, son illər informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, xüsusilə süni intellektin yaranması ilə şəxsi məlumatların oğurlanması halları da artıb: "Bir çox hallarda həmin məlumatlardan istifadə etməkıə insanlar şantaj olunur və bu ciddi mənəvi-psixoloji sarsıntılara yol açır. Mən özüm gənclikdə cəzaların sərtləşdirilməsinə qarşı olmuşam. Ancaq hansısa cinayətlərin sayında ciddi artım müşahidə olunursa, o zaman müvəqqəti olaraq cəzaların sərtləşdirilməsi zərurəti yaranır və bütün dünyada belə edirlər. Ona görə də cəzalara yenidən baxmalıyıq".

(Report)

TodayPress TV

tag: Kibercinayətkarlıq,Deputat,Milli Məclis,İclas,Todaypress.tv,