"DeepSeek V4" modelinin təqdimatı planlaşdırılır

İKT

12.04.2026 20:53

"Liang Wenfeng" 2026-cı ilin aprel ayının sonunda yeni flaqman modeli olan "DeepSeek V4"ün təqdim ediləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "AIBase" platforması məlumat yayıb.

Bildirilib ki, model iki iş rejiminə malik olacaq. “Sürətli rejim” gündəlik istifadə üçün nəzərdə tutulub və mətn, şəkil və faylların emalında yüksək sürət təmin edəcək. “Ekspert rejimi” isə daha mürəkkəb tapşırıqlar, dərin məntiq və təhlil üçün hazırlanıb, lakin ilkin mərhələdə fayl yükləmə və multimodal imkanları dəstəkləməyəcək.

Məlumata görə, son dövrlərdə sistemdə baş verən texniki fasilələr infrastrukturun yenilənməsi ilə əlaqələndirilir.

Türkan İsgəndərli

TodayPress TV 

tag: DeepSeek,Flaqman,Model,Mətn,Todaypress.tv,