Çində generativ süni intellekt üçün optik çip hazırlandı

İKT

22.12.2025 19:15

Şanxay “Jiao Tong” Universitetinin tədqiqatçıları generativ süni intellekt modelləri ilə işləmək üçün “LightGen” adlı yeni optik çip hazırlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “China Daily” nəşri məlumat yayıb.

Alimlərin fikrincə, bu ixtira genişmiqyaslı hesablama tapşırıqlarının daha sürətli və səmərəli şəkildə yerinə yetirilməsinə imkan verəcək. Süni intellektin inkişafı üçün yeni imkanlar açır və enerji baxımından səmərəli hesablama sahəsində mühüm istiqamət yaradır.

Qeyd olunur ki, “LightGen” iri miqyaslı semantik və vizual generativ süni intellekt modellərini dəstəkləyən ilk tam optik çipdir. Bu texnologiyada elektronlar əvəzinə işıqdan istifadə olunur ki, bu da məlumatların emal sürətini artırır və enerji sərfiyyatını azaldır.

Eksperimentlər zamanı çipin yüksək keyfiyyətli təsvirlər, 3D modellər və yüksək dəqiqlikli videolar yaratmaq qabiliyyətinə malik olduğu müəyyən edilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Çip,Optik,Cihaz,İxtira,Todaypress.tv,