Çin peyklərini orbitə çıxardı
Çin “Yaogan-40” uzaqdan zondlama peyklərinin üçüncü qrupunu orbitə çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) xəbər verib.
Bildirilib ki, buraxılış uğurla baş tutub.
Buraxılış Pekin vaxtı ilə saat 00:34-də (Şənbə günü Bakı vaxtı ilə saat 20:34-də) Şansi əyalətinin şimalındakı Tayyuan Peyk buraxılış Mərkəzindən baş verib. Kosmik aparatlar orbitə CZ-6A (Changzheng-6-ae) raketi ilə çatdırılıb.
"Yaogan-40" peyklərinin elektromaqnit mühitinin öyrənilməsi və bununla bağlı təcrübələrin aparılması üçün istifadə olunduğu bildirilib.