Çin orbitə iki peyk göndərdi

Çin orbitə iki peyk göndərdi
13.03.2026 18:45 İKT

Çin orbitə iki "Shiyan-30" eksperimental peykini buraxıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Peyklər yerli vaxtla səhər saat 6:33-də Sicuan Kosmik Mərkəzindən kosmosa göndərilib. Buraxılış "Long March-2D" daşıyıcı raketi ilə həyata keçirilib.

Məlumata görə, bu seriyaya aid peyklər elmi təcrübələrin aparılması, ətraf mühitin monitorinqi və yeni texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.

Bu uçuş "Long March" raketləri seriyasınin ümumilikdə 632-ci buraxılışı olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər