"Chrome"a yeni funksiya gəldi

İKT

26.04.2026 23:41

"Google" "Chrome" üçün hazırlanmış “Cat Gatekeeper” adlı yeni genişləndirmə istifadəçilərin internetdə keçirdiyi vaxtı məhdudlaşdırmağa kömək edir.

TodayPress TV xəbər verir ki, genişləndirmə məşhur platformalarda aktivliyi izləyir və müəyyən edilmiş limiti keçdikdə saytlara girişi bloklayır.

Bu vaxt ekranda geri sayım taymeri ilə animasiyalı pişik görünür və istifadəçiyə fasilə etməyi xatırladır.

İstifadəçilər sessiya müddətini (standart 60 dəqiqə) və fasilə vaxtını (5 dəqiqə) özləri tənzimləyə bilirlər. Limitə çatdıqdan sonra saytlar müvəqqəti olaraq bağlanır və yalnız fasilə bitdikdən sonra yenidən açılır.

Layihənin müəllifi bildirib ki, genişləndirmə tamamilə pulsuzdur, reklam yoxdur və istifadəçi məlumatları toplanmır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Chrome,Funksiya,Fasilə,Pişik,Todaypress.tv,