"ChatGPT"də reklamlar aktivləşdiriləcək
İKT
04.01.2026 14:00
"OpenAI" əməkdaşları "ChatGPT" cavablarında sponsorlu məzmunlara üstünlük verilməsi imkanını müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, istifadəçi baş ağrısı üçün dərman soruşduqda, cavabın əvvəlində ona uyğun reklam yer alacaq.
Bu yanaşma "Google" axtarışlarında ilk səhifədə görünən reklam modellərinə bənzədilir.
"OpenAI"nin açıqlamasına görə, "ChatGPT"nin həftəlik istifadəçi sayı 900 milyona çatır. Mütəxəssislər hesab edirlər ki, etibar üzərində qurulmuş çat əsaslı süni intellekt daxilində yerləşdirilən reklamlar ənənəvi rəqəmsal reklamlardan daha təsirli ola bilər. Bununla yanaşı, "OpenAI" bu modelin istifadəçiləri narahat edə biləcəyi riskini də nəzərə alır.
Hesabatda bildirilir ki, daxili müzakirələr əsasən reklamların təqdimat formasına yönəlib. Məqsəd istifadəçini itirmədən gəlir əldə etməkdir. Reklamlar söhbətin ilk mesajında deyil, istifadəçinin ikinci sualından sonra görünə bilər. Bu yolla istifadəçilərin söhbətin əvvəlində reklamlarla üzləşməsinin qarşısı alınacaq.
Türkan İsgəndərli
tag: Chatgpt,Reklam,Mesaj,OpenAI,Todaypress.tv,
