ChatGPT-nin səs rejimi yeniləndi
İKT
26.11.2025 19:15
OpenAI ChatGPT-nin səsli rabitə rejimini yeniləyərək onu əsas söhbət interfeysi ilə birləşdirib.
TodayPress TV "Gazeta.ru" ya istiandən xəbər verir ki, artıq səsli danışıq zamanı danışıq pəncərəsi açıq qalır və nitqin stenoqramı real vaxtda ekranda görünür.
Yenilənmə ilə ChatGPT-ə genişləndirilmiş multimedia imkanları da əlavə edilib: chatbot xəritələr, şəkillər, hava məlumatları və məhsul keçidləri göstərərək istifadəçi ilə daha interaktiv ünsiyyət qura bilir.
İstəyənlər parametrlərdən köhnə səs rejiminə qayıda bilər. Bunun üçün “Fərdiləşdirmə” bölməsində “Qabaqcıl” hissəsinə keçib “Müstəqil rejim” seçmək kifayətdir. Bu rejimdə klassik animasiyalı sfera görünür və mətn transkripti yalnız danışıq bitəndən sonra göstərilir.
İstifadəçilər həmçinin kişi və qadın da daxil olmaqla müxtəlif səs növlərini də seçə bilirlər.
Jalə Rövşən
tag: ChatGPT,Səsli danışıq ,OpenAI,Yenilənmə,Todaypress.tv,
