"Apple" yeni modellərə hazırlaşır: "iPhone 16e" və "iPad Air" bitir

İKT

12.02.2026 19:45

"Apple" mağazalarında "iPhone 16e" və "iPad Air" modellərinin ehtiyatları demək olar ki, tükənib. Şirkət yaxın həftələrdə yenilənmiş versiyaları təqdim etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, "Bloomberg" jurnalisti Mark Qurmanın "Apple"dakı mənbələrə istinadən yaydığı məlumata görə, "iPhone 16e" modelinin anbar qalıqları faktiki olaraq bitib, "iPad Air" tədarükü isə xeyli azalıb.

Bildirilir ki, "iPhone 17e" modelinin yaxın vaxtlarda təqdim olunacağı gözlənilir. Qurğuya A19 çipi, "MagSafe" dəstəyi, yeni C1X modem və "Bluetooth", "Wi-Fi", "Thread" texnologiyaları üçün N1 çipi daxil olmaqla dörd yeni komponent aid edilir. Başlanğıc qiymətin 599 dollar səviyyəsində qalacağı ehtimal olunur.

Şirkət, həmçinin 12-ci nəsil baza "iPad" və yenilənmiş "iPad Air" modelini də təqdim etməyə hazırlaşır. "Bloomberg"in məlumatına görə, bu cihazların da ehtiyatları demək olar ki, tükənib. Dizayn və funksionallıq baxımından ciddi dəyişikliklər gözlənilmir, əsas yeniliklərin yeni prosessorlar olacağı bildirilir. Baza "iPad" A18 çipi, "iPad Air" isə M4 prosessoru ilə təchiz ediləcək.

Qiymət Mahir

tag: Şirkət,iPhone ,MagSafe,iPad ,Todaypress.tv,