"Apple" xəbərdarlıq edir: Yaddaş çipləri bahalaşır

İKT

01.05.2026 19:00

"Apple" yaddaş çiplərinin qiymətlərində artım müşahidə etdiyini və bu tendensiyanın yaxın illərdə daha da güclənəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.

Şirkətin baş direktoru Tim Kuk bildirib ki, qiymət artımlarının təsiri xüsusilə ikinci rübdə daha aydın hiss olunacaq və zamanla daha da güclənəcək.

Onun sözlərinə görə, "Apple" hazırda xərclərin artımını əvvəlcədən toplanmış komponent ehtiyatları hesabına qismən kompensasiya edir. Lakin bu ehtiyatlar tükəndikcə şirkət daha böyük maliyyə təzyiqi ilə üzləşə bilər. Kuk qeyd edib ki, şirkət müxtəlif variantları nəzərdən keçirir, lakin hələlik konkret qərarlar açıqlanmayıb.

Mütəxəssislər bildirirlər ki, yaddaş çiplərinin bahalaşmasının əsas səbəbi süni intellekt sistemlərinə artan tələbatdır. Server istehsalçıları bu sahəyə daha çox resurs ayırdığı üçün qlobal təchizatda məhdudiyyət yaranır və nəticədə istehlakçı elektronikası üçün komponentlərin qiymətləri yüksəlir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Apple,Yaddaş,Çip,Qiymət,Todaypress.tv,