"Apple" şirkətinin təsis sənədi hərraca çıxarılır

İKT

27.11.2025 19:45

1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ron Ueyn tərəfindən imzalanmış üçsəhifəlik tərəfdaşlıq müqaviləsinin 2026-cı il yanvarın 23-də Christie’s tərəfindən satışa çıxarılacağı gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə "9to5Mac" məlumat yayıb.

Mütəxəssislərin proqnozuna görə, sənəd 2–4 milyon dollar arasında qiymətləndirilir və bu məbləğ gerçəkləşərsə, Apple ilə bağlı indiyə qədər hərraca çıxan ən bahalı əşya olacaq.

Sənəddə tərəflərin ilkin pay bölgüsü belə göstərilib: Cobs – 45%, Voznyak – 45%, Ueyn – 10%. Ron Ueyn həmin payını şirkətə məsuliyyət daşımaq riskindən qorxduğu üçün cəmi 800 dollara satmışdı. Bu gün həmin payın dəyəri təxminən 400 milyard dollara çata bilərdi.

Hərracda həm təsis müqaviləsi, həm də Ueynin Apple-dan ayrılma müqaviləsi bir lot kimi satışa çıxarılacaq.

Xəbər onu da xatırladır ki, bu yaxınlarda Rusiyada Yeni il üçün eksklüziv və yüksək qiymətli iPhone 17 Pro təqdim edilmişdi.

Jalə Rövşən 

TodayPress TV

tag: "Apple", Stiv Cobs,Hərrac,Sənəd ,Todaypress.tv,