"Apple" "Siri"yə süni intellekt əlavə edəcək
"Apple" "Siri"yə süni intellekt funksiyaları əlavə edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, şirkət "OpenAI" və "Anthropic" şirkətləri ilə əməkdaşlıq edə bilər.
Artıq texniki sınaqlar başlayıb və tərəflər "Apple"ın "Private Cloud Compute" serverlərində inteqrasiya detalları üzərində işləyirlər.
Hələlik tam keçid qərarı verilməsə də, "Anthropic"in "Claude" modeli daha uyğun variant kimi qiymətləndirilir və ilkin maliyyə şərtləri müzakirə olunur.
Türkan İsgəndərli