"Apple" martda yeni "MacBook" təqdim edə bilər
İKT
26.02.2026 18:15
Şəbəkədə "Apple"ın martın əvvəlində təqdim edəcəyi gözlənilən büdcə "MacBook" modeli ilə bağlı yeni məlumat sızıb.
TodayPress TV xəbər verir ki, bu barədə “MacRumors” portalı Çin sosial şəbəkəsi "Weibo"da yayımlanan insayder məlumatına istinadən yazıb.
Məlumata görə, 12,9 düymlük "MacBook" "Apple A18 Pro" prosessoru, 8 GB operativ yaddaş və 256 və ya 512 GB SSD ilə təchiz olunacaq. Bildirilir ki, yaddaş qurğusu xəttin daha bahalı modelləri ilə müqayisədə daha aşağı sürət sinfinə aid olacaq. Displeyin maksimal parlaqlığı isə 500 nitə qədər olacaq.
Qiyməti aşağı salmaq məqsədilə "Apple"ın bir sıra funksiyalardan imtina edəcəyi iddia olunur. Belə ki, model "True Tone" texnologiyasını, klaviatura işıqlandırmasını, sürətli enerji doldurmanı və 100 Ohm-dan yüksək impedanslı qulaqlıqlarla işləmə imkanını itirə bilər. Bundan əlavə, qurğu "Wi-F"i və "Bluetooth" modullarının işini sürətləndirən N1 çipini də almayacaq.
Yeni "MacBook" və daha güclü modellərin rəsmi təqdimatının 2–4 mart tarixlərində keçirilməsi gözlənilir. Şayiələrə görə, büdcə versiya bir neçə parlaq rəngdə və 599 ABŞ dollarından başlayan qiymətlə satışa çıxarılacaq.
Bundan əvvəl "iPhone 18 Pro" modelinin ekranaltı sensorlar əldə etməyəcəyi barədə məlumat yayılmışdı.
Qiymət Mahir
tag: Apple,iPhone 18 Pro,MacBook,Çin ,TodayPress TV,
