Apple köhnə "iPhone" sahiblərinə çağırış etdi

İKT

12.03.2026 18:30

Apple, Coruna istismarı ilə əlaqəli zəiflikləri aradan qaldıran iOS 16.7.15, iOS 15.8.7, iPadOS 16.7.15 və iPadOS 15.8.7 yeniləmələrini yayımlayıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, problem Google və iVerify tədqiqatçıları tərəfindən aşkar edilib.

Qeyd edili ki, Coruna istismarı əməliyyat sisteminin köhnə versiyalarını işlədən cihazları hədəf alan hücum zənciridir. Tədqiqatçılar hücumda beş tam istismar zənciri və 23 boşluqdan istifadə olunduğunu bildiriblər. Bu boşluqlar iOS 13-dən iOS 17.2.1-ə qədər işləyən cihazlara təsir göstərə bilər.

Yeniləmələr xüsusilə iOS-un son versiyalarını dəstəkləməyən cihazlar üçün nəzərdə tutulub və zəifliklərin istismar riskini azaldır.

Məlumatda bildirilib ki, hədəf cihazlar arasında iPhone 6s, iPhone 7, birinci nəsil iPhone SE, iPad Air 2, iPad mini 4 və iPod touch 7 var.

Jalə Rövşən 

TodayPress TV


tag: iPhone,İOS,Yenilənmə ,Coruna,Todaypress.tv,