“Apple” “iPhone 18”dən imtina edir
"Apple" 2026-cı ildə "iPhone 18" smartfonunu buraxmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Koreyanın “ETNews” nəşri məlumat yayıb.
Bildirilib ki, “Apple” 2026-cı ildə ilk qatlana bilən smartfonunu təqdim etməyi planlaşdırır. Şirkət bu səbəbdən “iPhone 18”in əsas modelini çıxarmayaraq telefon xəttində dəyişikliklər edə bilər.
Məlumata görə, 2026-cı ilin ilk yarısında “iPhone 17e”, payızda isə “iPhone 18 Pro”, “18 Pro Max” və “18 Air” modelləri təqdim olunacaq. Bununla yanaşı, qatlana bilən “iPhone” da bazara çıxarılacaq.
Aysel Mətləb