"Apple" ilin ilk yarısında "iPhone 17e"ni təqdim edəcək

İKT

09.02.2026 19:30

"Apple" 2026-cı ilin ilk yarısında "iPhone 17e", bir neçə "iPad" modeli və yeni nəsil "MacBook"ların təqdimatına hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, "Apple" əsas "iPad"in 12-ci nəsil modelini A18 prosessoru ilə təqdim edəcək. Sözügedən çip "iPhone 16" modellərində istifadə olunur. Bundan başqa, "iPad Air" modellərinin kompüter səviyyəli A4 prosessoru ilə təchiz ediləcəyi gözlənilir.

Qeyd olunur ki, standart "iPad" ilk dəfə 8 GB operativ yaddaş və "Apple Intelligence" dəstəyi alacaq. Şirkət bu funksiyanı yenilənmiş modelin bazarda irəlilədilməsi üçün əsas amillərdən biri hesab edir.

Ən yaxın təqdimat isə "iPhone 17e" olacaq. Yeni smartfon A19 prosessoru və "MagSafe" dəstəyi ilə təqdim ediləcək. Bununla belə, cihaz əvvəlki modeldə olduğu kimi “çəlik” dizaynını qoruyacaq. Şayiələrə əsasən, təqdimat 19 fevral tarixində baş tuta bilər.

Bundan əlavə, "Apple" yenilənmiş "MacBook Pro" və "MacBook Air" modellərini də təqdim etməyi planlaşdırır. Lakin noutbuk seqmentində əsas yenilik “büdcə” "MacBook" olacaq. Bu cihaz M-seriyalı deyil, "iPhone"larda istifadə olunan A-seriyalı prosessorla təchiz ediləcək və "Mac" ekosisteminə yeni istifadəçilər üçün daha əlçatan giriş nöqtəsi kimi nəzərdə tutulur.

Qiymət Mahir

tag: Apple,iPhone ,iPad,GB ,Todaypress.tv,