"Apple" dan iPhone istifadəçilərinə ÇAĞIRIŞ
İKT
03.12.2025 19:30
"Apple", “Parametrlər” bölümündəki “Yeniləmələr” interfeysini dəyişərək iPhone sahiblərini iOS 18-dən iOS 26-ya keçməyə daha fəal şəkildə təşviq etməyə başlayıb.
TodayPress TV "MacRumors"a istinadən xəbər verir ki, artıq istifadəçilər üçün tövsiyə olunan yeniləmə olaraq iOS 26.1 göstərilir, iOS 18-də qalmaq seçimi isə ekranın alt hissəsinə keçirilib.
Bu yenilənmə məcburi olmasa da, Apple-ın iOS 26-nın quraşdırılma səviyyəsini artırmaq istədiyini göstərir. Şirkət iOS 18 üçün təhlükəsizlik yeniləmələrini hələlik davam etdirir, lakin yaxın aylarda köhnə versiyalara dəstəyi tamamilə dayandıra bilər.
İstifadəçilərin yeniləmədən imtina etməsinin əsas səbəbi yeni Liquid Glass interfeysinin kəskin dizayn dəyişiklikləri ola bilər. Apple iOS 26-nın qəbulu ilə bağlı rəsmi statistikaları hələ açıqlamayıb.
Qeyd edək ki, şirkət bundan əvvəl süni intellekt bölməsinin rəhbərini itirmişdi.
Jalə Rövşən
tag: Apple,İphone ,Yenilənmə,iOS,Todaypress.tv,
