"Apple" cihazlarının reytinqi açıqlandı
İKT
03.04.2026 19:30
"Apple" cihazlarının mart ayı reytinqini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "AnTuTu" istifadəçi rəylərinə əsasən yazıb.
Reytinqdə birinci yeri "iPad Air 4" tutub və cihaz 96,92% müsbət rəy alıb. İkinci yeri 95,78% müsbət reytinqlə bir neçə aydır lider olan "iPhone 12" mini tutur. İlk üçlüyü 94,77% müsbət rəy toplayan "iPhone SE 2" tamamlayır.
Dördüncü-altıncı yerləri "iPad" modelləri tutur: 12,9 düymlük "iPad Pro" 94,74%, 11 düymlük "iPad Pro" 94,14% və "iPad Air 5" isə 93,73% müsbət rəy alıb.
İlk onluqda həmçinin "iPhone 16e" 93,23% ilə yeddinci yerdədir. "iPhone 17e" satışa çıxmasına baxmayaraq ilk onluğa daxil ola bilməyib. 12,9 düymlük 5-ci nəsil "iPad Pro" 93,16%, "iPhone" 8 93,13%, "iPad mini 5" isə 92,85% müsbət rəy ilə onuncu yerdə qərarlaşıb.
"AnTuTu" mütəxəssisləri reytinqin texniki xüsusiyyətlərə deyil, istifadəçi rəylərinə əsaslandığını vurğulayırlar. Cihazın ümumi balı müsbət rəylərin sayından asılıdır.
Türkan İsgəndərli
tag: Apple,Telefon,Reytinq,iPad,Todaypress.tv,
