"Apple" 25 məhsulun istehsalını dayandırdı

İKT

04.01.2026 19:32

Apple 2025-ci il ərzində köhnə iPhone modelləri, aksesuarlar, bəzi iPad, Mac və Apple Watch modelləri daxil olmaqla 25 məhsulun istehsalını dayandırıb. Bu siyahıya üçüncü nəsil iPhone SE, iPhone 14, 14 Plus, 15, 15 Plus, 16 Pro və 16 Pro Max da daxildir.

TodayPress TV  "Haber Global"a istinadən xəbər verir ki, qərar Apple üçün texnoloji keçidin tamamlanmasını göstərir: artıq Home düyməsi, Touch ID, LCD ekranlar, 6 düymdən kiçik ekran ölçüləri və Lightning portu olan iPhone istehsal edilməyəcək. Satışda yalnız Face ID, OLED ekran və USB-C portlu modellər qalacaq.

Qeyd edilib ki, həmçinin aksesuarlar da yenilənib: AirPods Pro 2 əvəzinə AirPods Pro 3, Vision Pro-nun ilk modeli yeni versiyası ilə əvəz olunub, şarj cihazları və kabellər sadələşdirilib.

Bu addımlar Apple-ın USB-C-yə keçidini və vahid ekosistemin gücləndirilməsini göstərir.

Jalə Rövşən

TodayPress TV

tag: Apple ,Məhsul ,İstehsal ,iPhone ,Todaypress.tv,