"Android" yenilənməsi telefonlarda nasazlıqlar yaratdı
Ən son yeniləmədən sonra "Android" əməliyyat sistemi ilə işləyən bəzi smartfonlarda ciddi nasazlıqlar yaranıb.
TodayPress TV xəbər verir ki, bu barədə "SHOT Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, minlərlə istifadəçi bu problemlərlə üzləşib.
Xüsusilə "Google Pixel 8, 9, 10 və 10 Pro" modellərində sentyabrın 3-də yayımlanan "Android 16 QPR1" yeniləməsindən sonra xətalar müşahidə olunub. İstifadəçilərin sözlərinə görə, kamera videoçəkiliş zamanı təhrif edir, fotolar qalereyalardan silinir, bank proqramları və "Bluetooth" işləmir.
Bəzi istifadəçilər yenidən işə salmaq və ya əməliyyat sisteminin əvvəlki versiyasına qayıtmaqla problemi həll edə biliblər.
Türkan İsgəndərli