“Android 17”yə yeni funksiyalar gəldi

İKT

24.02.2026 19:30

“Android 17” əməliyyat sisteminin beta versiyasında bir sıra maraqlı yeniliklər aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə sistemi sınaqdan keçirən "Android Authority" jurnalistləri məlumat veriblər.

Məlumata görə, betada beş əsas funksiya diqqət çəkir. “App Lock” funksiyası istifadəçilərə hər bir tətbiqi "PIN-kod" və ya biometrik məlumatla qorumağa imkan verir.

Bundan əlavə, “Wi-Fi” və mobil internet üçün ayrı-ayrı düymələr təqdim olunacaq ki, bu da daha sürətli və rahat idarəetmə imkanı yaradacaq. Təkmilləşdirilmiş ekran qeydi funksiyası isə artıq bütün ekranı deyil, yalnız seçilmiş hissəni yazmağa, həmçinin xarici monitordakı görüntüləri saxlamağa imkan verəcək.

Yeni versiyada məhdud kontakt girişi də nəzərdə tutulur. Bu yenilik sayəsində mesajlaşma tətbiqlərində yalnız seçilmiş kontaktlar görünəcək, fotolara çıxış isə istifadəçi tərəfindən ayrıca tənzimlənəcək. Universal köçürmə funksiyası isə cihazlar arasında məzmun paylaşımını və aktiv tətbiqlərin sinxronlaşdırılmasını asanlaşdıracaq.

İstifadəçilər üçün əsas dəyişikliklərdən biri klassik vahid panel və ayarlardan imtina ilə bağlıdır. "Google" bildirişlər və idarəetmə bölməsini iki hissəyə ayırmağı planlaşdırır: ekranın sol tərəfindən yalnız bildirişlər, sağ tərəfindən isə “İdarəetmə Mərkəzi” açılacaq. Bununla belə, klassik görünüşü geri qaytarmaq imkanı da saxlanılacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Android 17,Beta,Funksiya,Yenilik,Todaypress.tv,