"Android 16" qlobal bazarda liderliyə yüksəldi

"Android 16" qlobal bazarda liderliyə yüksəldi
07.04.2026 18:45 İKT

"Android" versiyalarının qlobal bazar payı yenidən formalaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə "StatCounter" 2026-cı ilin mart ayına olan məlumatında əks olunub.

Statistikaya görə, "Android 16" aktiv cihazların 21,61%-ni təşkil edərək liderliyə yüksəlib. Ötən ay bu göstərici 18,9% idi. "Android 15" isə 20,16% payla ikinci sıraya keçib (əvvəl 20,98%).

Digər versiyalar bazarın əhəmiyyətli hissəsini saxlayır: "Android 13" – 14,45%, "Android 14" – 13,8%, "Android 12" – 10,22%. Daha köhnə versiyalar isə hər biri 10%-dən az paya malikdir.

Yeni "Android 17" əməliyyat sisteminin 2026-cı ilin ikinci rübündə satışa çıxması gözlənilir. Ənənəvi olaraq, ilk yeniləmə "Google Pixel" cihazlarına təqdim ediləcək, digər cihazlarda isə paylanma bir ilədək davam edə bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər