“AirPod”a canlı tərcümə olacaq
“Apple” şirkəti sentyabrda canlı tərcümə xüsusiyyətinə malik yeni “AirPod”lar təqdim edəcək.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, “AirPod”lar real vaxt tərcüməsi ilə təchiz ediləcək. Bu isə istifadəçilərə telefonunda tərcümə proqramını açmadan söhbət etdiyi şəxsi öz dilində eşitməyə imkan verəcək.
Bu xüsusiyyət ilkin olaraq ingilis, fransız, alman və portuqal dillərində olacaq. Türk və digər dillərlə bağlı bu yeniliyin tətbiqi barədə hələ məlumat yoxdur.