Aİ erotik “deepfake” yaradan süni intellektləri qadağan edəcək

İKT

13.03.2026 19:15

Avropa İttifaqı insanların cinsi xarakterli təsvirlərini yarada bilən süni intellekt tətbiqlərinin istifadəsini qadağan etməyi təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Təklifə əsasən, Avropada real insanların razılığı olmadan erotik "deepfake"lər, o cümlədən səs faylları yarada bilən hər hansı süni intellekt sisteminin istifadəsi qadağan ediləcək.

Nəşrin yazdığına görə, qərar "Grok" süni intellekt modelinə əsaslanan çatbotla bağlı qalmaqaldan sonra gündəmə gəlib. Həmin çatbot vasitəsilə milyonlarla real insanın, o cümlədən uşaqların şəkilləri yüklənərək cinsi xarakterli görüntülər yaradılıb.

Qəzetin məlumatına görə, amerikalı sahibkar İlon Maskın şirkəti "xAI" tərəfindən hazırlanmış modeldən istifadə etməklə təxminən 3 milyon cinsi xarakterli təsvir və 20 minə yaxın uşaq istismarı ilə bağlı görüntü yaradılıb.

Təklif qəbul edilərsə, Avropa İttifaqında belə texnologiyaların istifadəsinə qarşı daha sərt hüquqi məhdudiyyətlər tətbiq olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Avropa İttifaqı,Süni intellekt,Deepfake ,Grok,Todaypress.tv,