ABŞ-də süni intellekt startaplarına sərmayə rekord həddə çatacaq

İKT

29.12.2025 18:45

ABŞ-də süni intellekt (Sİ) startaplarına yatırılan sərmayələr 2025-ci ilə qədər rekord səviyyəyə — təxminən 150 milyard dollara çata bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.

Bu artım texnologiya ətrafındakı marağın azala biləcəyi ilə bağlı narahatlıqlara baxmayaraq baş verir.

Əvvəlki rekord 2021-ci ildə qeydə alınmışdı və həmin il ABŞ-nin ən böyük özəl şirkətlərinə 92 milyard dollar investisiya yatırılmışdı. Qəzetin məlumatına görə, yeni maliyyə axını Silikon Vadisindəki perspektivli startapların gələcək illərdə mümkün bazar enişindən qorunmasına kömək edə bilər.

Mütəxəssislər bildirirlər ki, bu sərmayələr süni intellekt infrastrukturunun yüksək xərcləri ilə bağlı riskləri azaltmağa yönəlib. Bəzi investorlar ehtiyatlı olmağı tövsiyə etsə də, süni intellektin iqtisadiyyatı köklü şəkildə dəyişdirmək potensialına inam hələ də yüksək olaraq qalır.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Sİ,Sərmayə,Startap,Todaypress.tv,