ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına qabaqcıl çip ixracına icazə verdi

İKT

20.11.2025 19:45

ABŞ Ticarət Nazirliyi Birləşmiş Ərəb Əmirliklərindəki "G42" və Səudiyyə Ərəbistanındakı "Humain" şirkətlərinə Amerika istehsalı qabaqcıl yarımkeçiricilərin ixracını təsdiqlədiyini açıqlayıb.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, hər iki şirkət 35 minədək Nvidia Blackwell çipi almaq üçün razılıq əldə edib. Nazirlik bildirib ki, bu icazələr yalnız ciddi təhlükəsizlik və hesabat tələblərinə cavab verən şirkətlərə verilir.

Qərar ABŞ-ın BƏƏ və Səudiyyə Ərəbistanı ilə süni intellekt sahəsində imzaladığı yeni müqavilələrdən sonra elan olunub. Vaşinqton hesab edir ki, bu anlaşmalar ABŞ-ın süni intellekt və yüksək texnologiyalar sahəsində liderliyini gücləndirəcək.

Nazirlik həmçinin bəyan edib ki, ABŞ süni intellekt texnologiyalarının müttəfiq və tərəfdaş ölkələrə ixracını dəstəkləməyə davam edəcək.

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ,BƏƏ,G42,Humain ,Todaypress.tv,