3 süni intellekt layihəsi istifadəyə verildi
İKT
11.12.2025 11:47
“Qısa vaxt ərzində Süni İntellekt Mərkəzində 3 süni intellekt (AI) layihəsi istifadəyə verilib”.
TodayPress TV xəbər verir ki, bunu Milli Süni İntellekt Mərkəzinin süni intellekt üzrə məhsul sahibi İbrahim Süleymanov bu gün Süni İntellekt Akademiyasında keçirilən “Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində sahə ətrafında 3 mindən çox üzvdən ibarət icma formalaşıb:
“Hazırda 15-dən artıq süni intellekt mütəxəssisi yetişdirilib, 100-dən çox tələbə isə bu istiqamətdə ixtisaslaşma prosesini davam etdirir”.
Sonda o vurğulayıb ki, Milli Süni İntellekt Mərkəzinin əsas hədəfi ölkədə süni intellekt sahəsində insan kapitalının gücləndirilməsi, eləcə də AI layihələrinin inkişafı və yaradılmasına şərait yaratmaqdır.
Türkan İsgəndərli
tag: Süni,İntellekt,Layihə,İxtisas,Todaypress.tv,
