2026 flaqman smartfonlarının batareya testi: Lider məlum oldu
İKT
02.03.2026 19:45
2026-cı ilin flaqman smartfonlarının batareya performansı müqayisə edilib və ən uzun işləyən model müəyyənləşib.
TodayPress TV xəbər verir ki, məşhur texnobloqer Arun Maini özünün "YouTube" kanalı "Mrwhosetheboss"də smartfonların batareya testini təqdim edib.
Testdə "Samsung Galaxy S26 Ultra", "iPhone 17 Pro Max", "Pixel 10 Pro XL", "OnePlus 15", "Oppo Find X9 Pro", "Xiaomi 17 Ultra" və "Samsung Galaxy S25 Ultra" modelləri istifadə olunub.
Məlumata görə, ilk olaraq "Pixel 10 Pro XL" 9 saat 53 dəqiqə sonra sönüb. Ardınca "Samsung Galaxy S25 Ultra" 10 saat 43 dəqiqə, "Xiaomi 17 Ultra" isə 11 saat 27 dəqiqə işlədikdən sonra dayanıb.
Dördüncü yeri "iPhone 17 Pro Max" (11 saat 32 dəqiqə), üçüncü yeri isə "Samsung Galaxy S26 Ultra" (12 saat) tutub.
İkinci yerdə "OnePlus 15" qərarlaşıb. Bu model 12 saat 55 dəqiqə işləyib.
Testin qalibi isə "Oppo Find X9 Pro" olub. Smartfon 14 saat 16 dəqiqə işləyərək batareya performansına görə bütün rəqiblərini geridə qoyub.
Qiymət Mahir
tag: OnePlus ,Pixel ,Galaxy,Samsung ,TodayPress TV,
