2025-ci ildə ən pis smartfonlarının adları açıqlandı

İKT

31.12.2025 19:45

“Android Authority” portalı 2025-ci il üzrə ən pis smartfon istehsalçılarının reytinqini dərc edib.

TodayPress TV xəbər verir ki, reytinq “Android” smartfon istehsalçılarının bazardakı fəaliyyəti və təsir gücü əsasında hazırlanıb.

Mütəxəssislərin qiymətləndirməsinə görə, 2025-ci ilin ən zəif smartfon istehsalçısı “HMD Global” şirkəti olub. Buna səbəb şirkətin bir sıra bazarlardan çəkilməsi və bəzi modellərə proqram təminatı dəstəyini azaltması göstərilib.

Reytinqdə ikinci pillədə “Realme” yer alıb. Şirkət il ərzində diqqətçəkən yeni modellər təqdim etmədiyi üçün tənqid olunub. Siyahıda növbəti sırada isə “Sony” qərarlaşıb. Yapon istehsalçı rəqibləri ilə müqayisədə daha zəif texniki göstəricilərə malik, lakin baha qiymətə satılan smartfonlar buraxdığı üçün mənfi qiymətləndirilib.

Qeyd edək ki, jurnalistlər 2025-ci ilin ən yaxşı smartfon istehsalçısını ayrıca qeyd etməyiblər. Bununla belə, ili uğurla başa vuran brendlər sırasında “Samsung”, “OnePlus”, “Google”, “Oppo” və “Xiaomi”nin adları çəkilib.

Mütəxəssislər ümumilikdə 2025-ci ili “Android” smartfon bazarı üçün uğurlu il kimi dəyərləndiriblər. Bildirilib ki, il ərzində güclü “Snapdragon 8 Elite” prosessoru təqdim olunub, maqnit şarj texnologiyası tətbiq edilməyə başlanıb və yüksək tutumlu silikon-karbon batareyalara malik smartfonlar kütləviləşib.

TodayPress TV

tag: Telefon,Smartfon,İstehsalçı,Pis,Todaypress.tv,