200 gün işləyə bilən yeni ağıllı saat təqdim edildi

İKT

16.03.2026 01:00

"Rollme" şirkəti "Vast" adlı yeni ağıllı saatını təqdim edib. Qurğunun batareyası gözləmə rejimində 200 günə qədər işləyə bilir.

TodayPress TV xəbər verir ki, bu barədə "GizmoChina" portalı məlumat yayıb.

Bildirilir ki, saat 1000 mAh batareya ilə təchiz olunub və adi istifadə zamanı, hətta nəbz və qanda oksigen səviyyəsinin daimi monitorinqi ilə belə 40 günə qədər işləyə bilir.

"Rollme Vast" modeli 1,83 düymlük IPS ekran ilə təchiz edilib və müxtəlif saat interfeyslərini dəstəkləyir. Qurğuda HX3918 sensoru quraşdırılıb ki, bu da nəbzi, qanda oksigen səviyyəsini və yuxu keyfiyyətini izləməyə imkan verir.

Saat 70-dən çox idman rejimini dəstəkləyir və qaçış, avarçəkmə, qayayadırmanma kimi fəaliyyətləri avtomatik tanıya bilir. Qurğu həmçinin IP68 su və tozdan qorunma standartına malikdir və Bluetooth 5.4 modulu ilə təchiz olunub.

Cihazda cədvəl, zəngli saat və musiqinin idarəsi üçün səsli süni intellekt köməkçisi də mövcuddur.

"Rollme Vast" artıq qara və gümüşü rənglərdə satışa çıxarılıb. Onun qiyməti təxminən 30 dollar təşkil edir.

Qiymət Mahir

tag: Rollme ,Vast,HX3918 ,GizmoChina,TodayPress TV,